AZE | RUS | ENG |

"Bakıda 1000-ə yaxın bina sökülməlidir"

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq, "Pilot layihə" çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir.
Fins.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu Komitənin sədri Abbas Ələsgərov Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə görüşündə deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərar tikinti işlərinin aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər mövcud olan səlahiyyətlərini və eyni zamanda, məsuliyyətini artırıb. Bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, bir milyon kvadrat metrə yaxın yaşayış sahəsi tikilməlidir.
Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”la tənzimlənir. Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran Komitə sədri bu Qaydaların müvafiq tikinti norma və qaydalarından köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7 hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət olunduğunu iclas iştirakçılarına bildirib.
Eskiz layihələrdə bir neçə kobud faktlarla rastlaşdığını bildirən A.Ələsgərov deyib ki, bir kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2-0,5 ha ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 16 mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar mövcuddur.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946