AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Metroda qatarların fəaliyyəti bərpa edildi - Yenilənib

Metroda qatarların fəaliyyəti bərpa edildi - Yenilənib

Cəmiyyət
27 Fevral 2020, 17:22 553
Bakı metrosu qısa fasilədən sonra qatarlarının faəliyyətini bərpa edib.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bu səbəbdən qatarların hərəkətində qısa fasilə yaranıb.

Hazırda bütün stansiyalarda işlər öz qaydasında gedir.

XXX
17:05
 
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.
Hazırda tunellərdə qalan qatar yoxdur.
XXX
16:29

Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.
"Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli Trend-ə bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:
"Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.
İlkin məlumata görə, problem "Koroğlu” stansiyasından üzü "Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.
Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.