• çərşənbə axşamı, 19 mart, 09:14
  • Baku Bakı 8°C

Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək

16.06.19 11:20 592
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
İyulun 18-dən Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək.
AZƏRTACxəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Misirin turizm naziri xanım Rania Al Mashat mətbuat konfransında deyib.
Son illər iki ölkə arasında turist axınının artdığını söyləyən nazir bildirib: "Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Ötən ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək”.
Qeyd edək ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı” hüququnu qazanan "SCAT Airlines” aviaşirkəti Bakı–Şarm-əl-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı "Boeing 757-200” tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

banner

Oxşar Xəbərlər