• cümə, 26 Aprel, 13:58
  • Baku Bakı 23°C

“Baker Hughes”: ABŞ-dakı aktiv qazma qurğularının sayı 942-yə düşüb

03.08.19 14:37 7083
“Baker Hughes”: ABŞ-dakı aktiv qazma qurğularının sayı 942-yə düşüb
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 942 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 102 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 6 ədəd azalaraq 770 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 89 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 171 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 12 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər