• cümə, 26 Aprel, 22:10
  • Baku Bakı 22°C

“Baker Hughes”: ABŞ-da 1057 aktiv qazma qurğusu var

18.08.18 13:45 500
“Baker Hughes”: ABŞ-da 1057 aktiv qazma qurğusu var
ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1057-dir.
AZƏRTAC"Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 1057 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 111 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 869 ədəd olub. Bu, ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 106 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 186 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 4 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər