• cümə, 26 Aprel, 13:19
  • Baku Bakı 23°C

Bakcell Zaqatalada yeni satış və xidmət mərkəzi açdı - FOTO

28.09.18 13:53 706
Bakcell Zaqatalada yeni satış və xidmət mərkəzi açdı - FOTO
Bakcell şirkəti abunəçilərinə ən yüksək səviyyədə göstərdiyi xidmətləri müştərilər üçün daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirir.
Bu işlərin davamı olaraq sentyabrın 28-də Zaqatala rayonunda Bakcell şirkətinin yeni Satış və Xidmət Mərkəzinin açılışı olub.
Şəhərin Faiq Əmirov 4A ünvanında yerləşən bu mərkəzdə "Bakcell”in abunəçilərinə tam çeşiddə xidmətlər göstəriləcək. Mərkəzin açılışında iştirak edən Bakcell-in baş icraçı direktoru Nikolai Beckers deyib ki, siz dünən Qəbələdəki mərkəzin açılışında da şahidi oldunuz ki, biz şəbəkəmizi Azərbaycanın regionlarına doğru inkişaf elətdiririk: "Bu gün isə biz Zaqataladayıq. Və bu təkcə mobil rabitə şəbəkəsi deyil, satış və mağazalar şəbəkələrinə də aiddir. Sizi burada görməkdən çox məmnunuq və inanırıq ki, yeni mağazamızı bəyəndiniz”.
Baş icraçı direktor açılış tədbirinə əli boş gəlmədiklərini bildirib: "Əlimdə gördüyünüz 4G DataKartını bu mərkəzə yaxınlaşan və buranın xidmətlərindən istifadə edən ilk 50 abunəçi əldə edəcək. Və bu datakartla bir yerdə eyni zamanda 1 aylıq pulsuz internet trafiki qazanacaq”.
Qeyd edək ki, açılış zamanı bu hədiyyənin ilk sahibləri də bəlli olub. Onlar Zaqatala şəhər sakinləri Tərlan Cabbarov və onun nişanlısı olub.
Xatırladaq ki, ötən gün Bakcell-in Göçayda rəsmi diler dükanı, Qəbələdə isə ilk satış və xidmət mərkəzinin açılışı olub.
Alpər Turan














banner

Oxşar Xəbərlər