• şənbə, 27 Aprel, 00:00
  • Baku Bakı 14°C

"Azərsu" ötən ili 613 mln. manat zərərlə başa vurub

03.10.17 17:08 1446
"Azərsu" ötən ili 613 mln. manat zərərlə başa vurub
31 dekabr 2016-cı il tarixinə "Azərsu" ASC-nin aktivlərinin həcmi 608,345 mln. manat təşkil edib.

"APA-Economics" "Azərsu" ASC-nin konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il dövlət müəssisəsinin aktivləri 6,87% azdır.

Hesabat dövründə ASC-nin öhdəlikləri 1,94% artaraq 970,125 mln. manata çatıb. Öhdəliklərin 386,793 mln. manatı uzunmüddətli, 583,332 mln. manatı isə qısamüddətlidir. Öhdəliklərin 875,904 mln. manatı (379,114 mln. manatı faiz hesablanan kreditlər və borc öhdəlikləri, 496,790 mln. manatı ticarət və digər kreditor borclar) kreditor borcların payına düşür.

Dövlət müəssisəsinin nizamnamə kapitalı 400 mln. manatdır.

"Azərsu" ötən ili 612,921 mln. manatlıq zərərlə başa vurub. ASC-nin əməliyyat zərəri 611,804 mln. manat, vergidən əvvəl zərəri isə 612,644 mln. manat təşkil edib.

Dövlət şirkəti il ərzində satışdan 159,837 mln. manat gəlir əldə edib.
banner

Oxşar Xəbərlər