“Azeri Light”ın bir barrelinin qiyməti 86,5 dollara çatır
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTACxəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar artaraq 86,49 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.