• cümə axşamı, 28 mart, 18:17
  • Baku Bakı 13°C

Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib

24.10.20 14:35 492
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib

Londondakı azərbaycanlılar "Guardian” nəşrinin binası qarşısında aksiya keçirib. Tədbirdə, aksiya iştirakçıları əllərində "Guardian, Azərbaycanı da dinlə”, "Guardian, obyektiv ol”, "Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub "Guardian"ın əməkdaşına təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda "Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb.
Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan "Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.
banner

Oxşar Xəbərlər