• cümə axşamı, 09 may, 01:05
  • Baku Bakı 15°C

"Azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk"

14.04.19 19:07 509
"Azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk"
Azərbaycan Cənubi Qafqazda əsas dövlətlərdən biridir. Azərbaycanla Rusiyanı bir-birinə bağlayan iqtisadi, tarixi və mədəni amillər çoxdur və bu əlaqələri da genişləndirmək üçün yaxşı perspektivlər var.
AZƏRTACxəbər verir ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının vitse-spikeri Andrey Turçak bu fikri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.
Federasiya Şurasının mətbuat xidməti Andrey Turçakın bu sözlərini sitat gətirir: "Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk”.
A.Turçak xatırladıb ki, 2001-ci ildə Rusiya Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Saziş imzalanıb. Bu gün iki ölkənin parlamentlərinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiya həmin sənəd əsasında işləyir.
A.Turçak vurğulayıb ki, tərəflər regionlararası və beynəlxalq səviyyələrdə siyasi, iqtisadi və humanitar sahələrdə müntəzəm əsasda iş aparırlar.
Vitse-spiker bildirib ki, ikitərəfli və çoxtərəfli formatlarda daim qarşılıqlı əlaqə saxlanılır. Bu fəaliyyət, xüsusi halda, MDB iştirakçıları olan ölkələrin Parlamentlərarası İttifaqı və Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası məkanlarında həyata keçirilir.
Senator deyib: "Biz bu qarşılıqlı fəaliyyətin konkret nəticələrini görürük”. A.Turçak hesab edir ki, Moskva ilə Bakı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki dövlətin xeyrinə olacaq.
banner

Oxşar Xəbərlər