• cümə, 26 Aprel, 10:37
  • Baku Bakı 12°C

Azərbaycanla Türkiyə böyük enerji dəhlizi yaradır

30.09.14 11:51 1039
Azərbaycanla Türkiyə böyük enerji dəhlizi yaradır
“APA-Economics” Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazir deyib ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək enerji dəhlizi yaradır.
Ə. Davudoğlunun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri, Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu magistralı da Azərbaycan və Türkiyənin birgə böyük əhəmiyyət kəsb edən layihələrindən biridir.
banner

Oxşar Xəbərlər