• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb

15.04.21 13:45 501
Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
"Hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kub kilometrdir”.
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinarda deyib.
O bildirib ki, quraqlıq illərində bu göstərici 20-21 kub kilometr təşkil edir. Onun sözlərinə görə, planetin su balansının tənzimlənməsində yaşıllığın böyük rolu var: "Bununla bağlı hazırda "Yaşıl marafon” devizi altında gənclərlə birlikdə ağaclar əkilir. Bu ildən işğaldan azad olunmuş ərazilərdə də ağaclar əkilir. İlk olaraq Zəngilan rayonunda martın 9-dan ağaclar əkməyə başlamışıq. Payız mövsümündə də bu proses davam edəcək”.
F. Əliyev suyun çirklənməsindən də danışıb. Nazir müavini qeyd edib ki, 1 kub metr çirklənmiş su 40 kub metr təmiz suyu sıradan çıxarır.

banner

Oxşar Xəbərlər