Azərbaycanın xilaskarı sayılan tarixi şəxsiyyət
Dekabrın 11-də Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında Ümummilli
lider Heydər Əliyevin anım günü ilə əlaqədar
tədbir keçirilib.
Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar
Möhbalıyev çıxış edərək bildirib ki, öz
xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək
inkişaf yollarını düzgün müəyyən edən və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra
bilən Heydər Əliyevin xidmətləri yalnız öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin
xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, ümummilli lider
müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə,
onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.
Azərbaycan Həmkarlar
İttifaqlarının möhkəmləndirilməsində, sıralarının genişləndirilməsində, vətəndaş
cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur.
Azərbaycan ikinci dəfə müstəqillik
qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının
yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsi hazırlanmış və təsdiq
üçün Milli Məclisə təqdim edilmişdir. Ulu öndərin xeyir-duası və tam dəstəyi ilə
AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini
müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə
tam əsaslanan «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının 24 fevral
1994-cü il tarixli Qanunu qəbul edilmişdir.
Ulu öndərin yaxından köməkliyi ilə
Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar
ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri
və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir.
Azərbaycan həmkarlar
ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli
lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.
Ulu
öndərin AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar
ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o
cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi
üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də
həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini
iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.
S. Möhbalıyev deyib ki, Həmkarlar
ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq
davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarından
da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin
hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun
bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan
olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin
həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul
olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə
edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və
statusunun daha da artmasına, onun
maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.
Möhtərəm
prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40
illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin
inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450 işçisini fəxri
adlarla, orden və medallarla mükafatlandırmışdır.
Bu
gün hörmətli prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının
da tamamilə dəstəklədiyi və maraq dairəsində olan sosial islahatları uğurla
davam etdirilir. Cari ildə 4 milyon 200 mindən artıq insan çox geniş
sosial paketlə əhatə olunubdur və
minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı,
müavinətlər təxminən 2
dəfə, minimum pensiya 70 faizdən çox artmışdır.
Ölkədə aparılan islahatlar, eyni
zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən
yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq
isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda
baş verən hadisələrə nəzər yetirsək görəririk ki, vətəndaşlarla birbaşa təmaslara
üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən
və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı
addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan
etimadını daha da artırıb.
AHİK sədri daha sonra vurğulayıb
ki, Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri
ilə daha da dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır.
Bu siyasətin həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr
verir. Mehriban xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya
platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni
modernləşməsinin hərəkətverici amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın
Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin
qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyətyə,
müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi
tanınmasında böyük xidmətləri vardır.
Bütün bunlar Azərbaycanın Birinci
Vitse-prezidentinin bir insan, şəxsiyyət
və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə ialik olduğunun parlaq təzahürüdür.
Həyatının mənasını yalnız xalqına
xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş
Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü
mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah
əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi
altında bundan sonra daha da inkişaf edəcək, strateci hədəflərə uğurla
çatacaqdır.