• cümə, 26 Aprel, 14:56
  • Baku Bakı 23°C

Azərbaycanın xarici dövlət borcu açıqlandı

28.02.14 16:22 1648
Azərbaycanın xarici dövlət borcu açıqlandı
Azərbaycanın xarici dövlət borcu (yanvar ayı üzrə) 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.
banner

Oxşar Xəbərlər