• cümə, 26 Aprel, 18:52
  • Baku Bakı 22°C

Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib

31.01.20 12:15 3266
Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib
Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.
E.Rüstəmovun sözlərinə görə, bununla da ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib.
Mərkəzi Bankın sədri onu da əlavə edib ki, Azərbaycanın bank sektorunda hələ də zəiflik var: "Bu, beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əskini tapır. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı işlər davam edir və bu ilin I yarısında başa çatdırılacaq".

banner

Oxşar Xəbərlər