AZE | RUS | ENG |

Azərbaycanın nüfuzunu artıran hesabat

Azərbaycanın nüfuzunu artıran hesabat
Ekspertlər deyir ki, büdcənin profisitlə icra olunması ehtimalı yüksəkdir

Bu günlərdə "Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağına dair məlumat yayıb. Belə ki, bu barədə  "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda qeyd olunur: "Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını düşünürük”. 

Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini ehtimal edir: "Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq”.

Son illər həyata keçirilən iqtisadi islahatlar, görülən işlər və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Xeyli sayda beynəlxalq maliyyə qurumları və reytinq təşkilatları ölkəmiz haqqında müsbət rəylər verirlər. İqtisadiyyatın şaxələndirilməsi, rəqabət mühitinin formalaşdırılması, kiçik, orta və eləcə də böyük sahibkarlar üçün yaradılan yeni iş imkanları nəticə etibarilə beynəlxalq qurumların hesabatında özünü büruzə verir. 
 
 

İqtisadçı-alim Vüqar Bayramovdeyir ki, 2018-ci il üçün nəzərdə tutulan büdcə gəlirləri proqnozlaşdırıldığından çox olacağı gözlənilir: "Əsas səbəblərdən biri neftin büdcə qiymətinin 45 dollarla hesablanmasıdır. Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha qiymətə satılır. Yəni, neftin büdcə qiyməti ilə real qiyməti arasında 25 dollardan artıq fərq var. Ümumilikdə götürsək, büdcə gəlirlərinin neft sektoru üzrə daxilolmaları proqnoz edilən məbləğin həyata keçirilməsinə imkan verir. Təbii ki, neftin mövcud qiyməti ilə dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaranır. Həmçinin, bu il qeyri neft sektorundan da daxilolmaların həcmində artımın olacağı gözlənilir. Çünki büdcə xərclərində də 3 milyard manata yaxın artım qeydə alınıb. Büdcədən qeyri-neft xüsusilə, inşaat sektoruna yönəldilən vəsaitin həcmində artım var. İnşaat sektoru və ümumilikdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcminin artması həm də həmin vəsaitlərin hesabına dövlət büdcəsinə daha çox verginin cəlb edilməsi deməkdir. Nəzərə alsaq ki, 2018-ci il üçün prioritet məqsəd qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin inkişafı nəticəsində büdcəyə daha çox vergi ödəniləcək. Bütün bu proseslərin fonunda isə büdcəyə daxilolmaların ümumi həcmi artacaq. Əgər büdcə xərclərində dəyişiklik olmazsa, mövcud xərclər artıq 2018-ci ilin dövlət büdcəsində profisitin əldə olunacağı gözlənilir. Neftin qiyməti indiki kimi yüksək olarsa 2018-ci ilin büdcəsinə yenidən baxılıb və əlavə dəyişikliklərin edilməsi də istisna deyil. Belə beynəlxalq agentliklərin verdikləri proqnozlar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən təşkilat həm qiymətləndirmə aparır, həm də beynəlxalq reytinqləri qeyd edir. Ölkənin şirkətlər və banklar üzrə qiymətləndirilmə üzrə  reytinq göstəricilərinin yaxşı olması və müsbət saldonun  əldə edilməsi nəticə etibarı ilə Azərbaycanın gələcəkdə kredit limitinə təsir göstərəcək faktorlardandır. Belə agentliklərin ölkəmiz ərazisində verdikləri müsbət proqnozlar indiki dövrdə daha vacibdir. Çünki xarici sərmayədarlar bu amillərə diqqət edirlər. Bu mənada verilən proqnozlar ölkəyə cəlb ediləcək investisiya həcmlərinə birbaşa təsir göstərir”. 
 
 
 
İqtisadç-ekspert Rəşad Həsənovbildirdi ki, bunun bir neçə səbəbi var: "Büdcənin icrası zamanı gəlirlərin və xərclərin həcmində müəyyən korrektələr oldu. Bu da də öz növbəsində profisitə gətirib çıxarır. Bütün hallarda əsas məqam neftin qiyməti ilə bağlıdır. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Amma indi neftin qiyməti  70 dollar ətrafında var-gəl edir. Bu isə əlavə olaraq neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarının həcmini əhəmiyyətli dərəcədə artırır. Əgər xərclərə nəzarət olunarsa, 2018-ci ildə dövlət büdcəsində profisitin olacağı gözlənilir. Amma büdcənin profisitlə icra olunması qeyri-neft iqtisadiyyatının inkişafı və daxil olan vergilərin həcminin artması nəticəsində baş verməsi daha əhəmiyyətlidir. Çünki bu halda dövlət büdcəsində qeyri-neft bölməsinin gəlirləri əhəmiyyətli səviyyədə artmaqla nəzərdə tutulan defisitin kompensasiyası üçün müəyyən qədər şərait yarana bilər. Bu halda iqtisadi inkişafın göstəricisi olaraq profisit ortaya çıxır. Ümumiyyətlə götürdükdə bu gün Azərbaycan ölkəyə investisiya həcmini artırmaq istəyirsə və xarici investorların ölkədə fəaliyyət göstərməsinə çalışırsa, beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin proqnozlarında və hesabatlarında ölkənin mövqeyinin irəli çəkilməsində maraqlı olmalıdır. Çünki investorlar ilkin mərhələdə pul hesabatlarını gözdən keçirir və bu hesabatlar əsasında öz qərarlarını verirlər. Ölkənin reputasiyasının artması həm də eyni zamanda investorun marağının təşviq olunması baxımından vacibdir”. 
 
Şəbnəm Mehdizadə
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000