• çərşənbə axşamı, 19 mart, 12:00
  • Baku Bakı 8°C

Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub

19.02.19 13:45 445
Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub
Yanvarda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük KomitəsindənAZƏRTAC-a bildirilib ki, ötən ay ixracda əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Portuqaliya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 444 milyon 444 min ABŞ dolları, Türkiyəyə 127 milyon 718 min dollar, Portuqaliyaya isə 100 milyon 923 min dollar olub.
Azərbaycanla ticarət dövriyyəsinə görə ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 476 milyon 516 min dollar, Türkiyə ilə 220 milyon 29 min dollar, Rusiya ilə 169 milyon 486 min dollar təşkil edib.
banner

Oxşar Xəbərlər