AZE | RUS | ENG |

Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb

Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb
Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu beynəlxalq forumunda deyib.
Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında ölkədə qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetr təşkil edib. Qaz ixracı isə 26,6 faiz artaraq 3,2 milyard kubmetrə bərabər olub.
Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasilat payı 4,3 milyard kubmetr qaz və 1 milyon ton kondensat təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı ilin iyununda imzalanıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779