• cümə, 26 Aprel, 19:37
  • Baku Bakı 22°C

Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib

21.03.19 19:30 575
Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan1,444mln. ABŞ dolları dəyərində229ton çay ixrac edib.
"Report"Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından197min dollar (15,8%), həcm baxımından isə36ton (18,85%) çoxdur.
Bununla yanaşı, 2 ay ərzində Azərbaycan7,254mln. dollar dəyərində1 963ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından2,218mln. dollar (23,4%), həcm baxımından isə472ton (19,6%) azdır.
Hesabat dövründə çay ixracı Azərbaycanınümumi ixracının0,05%-ni, çay idxalı isəölkənin ümumi idxalının0,3%təşkil edib. İdxal ixracı8,6dəfə üstələyib.
Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin3,152mlrd. dolları ixracın,2,166milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac42,6%, idxal isə49,2%artıb.
banner

Oxşar Xəbərlər