• cümə, 26 Aprel, 21:30
  • Baku Bakı 22°C

Azərbaycandan çıxarılan kapitalın həcmi 11% azalıb

14.06.18 17:20 609
Azərbaycandan çıxarılan kapitalın həcmi 11% azalıb
Bu ilin I rübündə Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 603,4 mln. dollar olub.

Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,6 mln. dollar və ya 11,26% azdır.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 71 mln. dollar ödəniş edib.
banner

Oxşar Xəbərlər