AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycandan Belarusa yola salınan neft tankeri Odessa limanına sabah çatacaq

Azərbaycandan Belarusa yola salınan neft tankeri Odessa limanına sabah çatacaq

İqtisadiyyat
10 Aprel 2020, 13:07 227
Azərbaycan neftini Belarusun Mozır neft emalı zavodu üçün daşıyan növbəti tankerin aprelin 11-də Odessa limanına çatması gözlənilir.
Bunu Trend-ə "Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişşenko deyib.
O bildirib ki, bu tankerdə 85 min tona yaxın neft daşınır.
A.Tişşenko əlavə edib ki, digər tədarüklər də həyata keçirilə bilər, amma bu, ilk növbədə bazarın dinamikasından asılı olacaq.
Xatırladaq ki, SOCAR aprelin 8-də növbəti neft partiyasını Belarusa yola salmışdı. İlk neft tədarükü martın 5-6-da yola salınmışdı.