• cümə, 26 Aprel, 17:27
  • Baku Bakı 23°C

"Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir"

11.08.20 15:00 801
"Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir"
"Dünyada mövcud olan pandemiya dalğasında nadir ölkələr iqtisadi dayanıqlığı qoruya bilib ki, bunlardan biri də Azərbaycandır. Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir. Almaniya, daim maraqlıdır ki, Azərbaycan daim sabitvə strateji tərəfdaşı olsun".
Bunu "Report"un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının deputatıEdqar Frankebildirib.
O qeyd edib ki, mövcud pandemiya ilə əsas mübarizə vasitələrindən biri məhz iqtisadi dayanıqlıqdır.
"Azərbaycan bunun öhdəsindən məharətlə gəlir" - deyə, deputat vurğulayıb.
E.Frankenin sözlərinə görə,Azərbaycan COVID-19 pandemiyasına ən az qurbanlar verənlər siyahısında da öndədir ki, bu da postpandemiya dövründə onu bir ölkə kimi beynəlxalq tərəfdaşlığını daha vacib edəcək. Bundestaqüzvü Ermənistanla sərhəddə Azərbaycanın məruz qaldığı təxribata da münadibət bildirərək deyib ki, Almaniya ərazi bütövlüyü məsələsini həmişə nəzərdə saxlayır:
"Bizim üçün ölkələrin, tərəfdaşlarımızın ərazi bütövlüyünün, suverenliyinin təhlükəsizliyi vacib şərtdir" - deyə, o əlavə edib.
banner

Oxşar Xəbərlər