• cümə, 26 Aprel, 10:07
  • Baku Bakı 12°C

Azərbaycanda yeni dərman istehsalçısı - Macarıstan

28.06.16 18:26 1076
Azərbaycanda yeni dərman istehsalçısı - Macarıstan
Macarıstan şirkətləri Azərbaycanda dərman istehsalına başlaya bilərlər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib: "Biz VI Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası çərçivəsində Azərbaycanda Macarıstan şirkətləri tərəfindən dərman istehsalı barədə danışmışıq. Mən inanıram ki, yaxın zamanlarda bu istiqamətdə söhbət praktik müstəviyə keçəcək".
Qeyd edək ki, həmçinin tibb sahəsində Azərbaycana yüksək keyfiyyətli tibbi avadanlığın tədarük edilməsi, tibb sənayesi üzrə əməkdaşlıq da nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər