• şənbə, 27 Aprel, 01:04
  • Baku Bakı 14°C

Azərbaycanda toxum fondunun yaradılması ilə bağlı İranla birgə müəssisə təsis oluna bilər

30.08.16 16:16 1102
Azərbaycanda toxum fondunun yaradılması ilə bağlı İranla birgə müəssisə təsis oluna bilər
Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev İranın buğda toxumu istehsalı üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, görüşdə məqsəd toxumçuluq sahəsi üzrə ikitərəfli əməkdaşlığın müzakirəsi olub. Kənd təsərrüfatının prioritet bir sahə olduğunu, ölkə başçısının əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini qarşıya bir məqsəd qoyduğunu deyən İ.Quliyev bildirib ki, bu sahədə İran ilə əməkdaşlığa böyük önəm verilir.

İ.Quliyev Azərbaycanda toxum fondunun yaradılmasının əhəmiyyətindən danışaraq hər iki ölkənin torpaq iqlim şəraitini nəzərə alaraq bu sahədə birgə müəssələrin yaradılmasını və toxum mübadiləsinin aparılmasının vacibliyini bildirib.

İranın "Pishgaman Sabz Urmia" Biznes Şirkətinin icraçı direktoru Sirvan Ərdalanzadə toxumçuluq sahəsi üzrə əməkdaşlığa maraqlı olduqlarını qeyd edib. O, eyni zamanda İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda da əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçirilməsini nəzərə çatdırıb.
banner

Oxşar Xəbərlər