• cümə, 26 Aprel, 04:52
  • Baku Bakı 16°C

Azərbaycanda Kompüter Oyunları üzrə Dünya Çempionatı keçirilir

12.11.14 11:47 1618
Azərbaycanda Kompüter Oyunları üzrə Dünya Çempionatı keçirilir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkəmizdə ilk dəfə keçirilən çempionat noyabrın 17-dək davam edəcək. Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation) himayəsi altında dünya kiber idmançılarını bir araya gətirən möhtəşəm tədbir “Crystall Hall”da təşkil olunub.
Belə bir tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaq, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir.
Tədbirlə əlaqədar qaydalar və əsas müddəalar Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda təşkili ilə bağlı imzalanmış memorandumda əksini tapıb. Oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var.
Qeyd edək ki, kişilər arasında oyunlara əvvəllər yalnız qadınlar üçün nəzərdə tutulmuş “Tekken Tag Tournament 2” növü də əlavə olunub. Beləliklə, aşağıda sadalanan növlərdə həm qadınlar, həm də kişilər iştirak edə bilərlər:
“DOTA 2” (komanda eyni vaxtda qadın və kişilərdən ibarət ola bilər);
“StarCraftII: Heart of the Swarm”;
“Super Street Fighter 4”;
“Hearthstone: Heroes of Warcraft”;
“Tekken Tag Tournament 2”.
Yalnız qadınların qatıla biləcəyi növlər:
“StarCraftII: Heart of the Swarm”;
“Tekken Tag Tournament 2”.
“DOTA 2” növü üzrə oyunlarda xanımlar da iştirak edə bilərlər və bu növ üzrə ehtiyat oyunçuların sayı 3-ə yüksəldilib. Azərbaycan oyunçularının iştirakına gəlincə, Dünya Çempionatında ölkəmizə 5 yer ayrılıb. Azərbaycan idmançıları finalda fərdi “Tekken Tag Tournament 2”, “Starcraft 2”, “Hearth Stone”, “Super Street Fighter IV” növləri, komanda yarışlarında isə “Dota 2” (5x5) növündə təmsil edəcəklər. Qaliblərin mükafatlandırılmasına gəldikdə, Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatında “IeSF”-in tarixi ərzində ən böyük mükafat fondu (100. 000 ABŞ dolları) müəyyən edilib.
banner

Oxşar Xəbərlər