• cümə, 26 Aprel, 06:55
  • Baku Bakı 12°C

Azərbaycanda gələn ildən "G-cloud" infrastrukturunun qurulmasına başlanacaq

28.12.20 11:15 437
Azərbaycanda gələn ildən "G-cloud" infrastrukturunun qurulmasına başlanacaq
Azərbaycanda "Hökumət buludu" ("G-cloud") infrastrukturunun qurulmasının 2021-ci ilin birinci rübündə başlanması gözlənilir.
Bu barədə "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən bildirilib.
Qeyd edək ki, Bakı və Yevlaxdakı Data mərkəzlərdən başqa, ölkədə "Tier3" standartına cavab verən daha üç mərkəzin inşası gözlənilir.
Şirkətdən bildirib ki, bu mərkəzlərin tikiləcəyi məkanlar üzrə tələblər Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq edilən "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na Keçid Planı" sənədində öz əksini tapıb.
"Standartlara cavab verəcək mərkəzlər üçün bir sıra mühüm tələblər mövcuddur. Bura yerlərin mümkün təbii təhlükə (subasma, sürüşmə və s.) zonasından uzaq, kommunikasiya xətlərinə (elektrik, fiberoptik və s.) yaxın və biri-birindən ən azı 100 km məsafədə tikilməsi daxildir. Mərkəzlərin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədləri təsdiq olunduqdan və uyğun maliyyə vəsaiti ayrıldıqdan sonra başlanması planlaşdırılır", - şirkətdən bildirilib.

banner

Oxşar Xəbərlər