• çərşənbə axşamı, 19 mart, 10:59
  • Baku Bakı 8°C

Azərbaycanda ət niyə bahalaşıb? - Nazirlik

20.02.17 18:56 1212
Azərbaycanda ət niyə bahalaşıb? - Nazirlik
Azərbaycanda ətin qiyməti bahalaşıb.Lent.az-ın məlumatına görə, şəhərin müxtəlif yerlərində ət satışı ilə məşğul olan dükkanlarda mal ətinin kilosu 10 manatdan 12 manata qalxıb.

Məsələ ilə bağlıLent.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, Azərbaycanda ət bahalaşmayıb: "Mal ətinin qiyməti 10 manatdır və stabil olaraq qalır. Ölkədə ət istehsalında artım dinamikası müşahidə olunur. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun. Bu da mövsümi xarakter daşıyır. Həmişə mövsümün bu vaxtında ətin qiymətində müəyyən qədər artım müşahidə edilir. Elə bir ciddi problem yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Bakıda və Sumqayıtda hər həftənin şənbə-bazar günləri təşkil edilən yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib: "Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 6,5-8 manat arasında dəyişir. Həmin yarmarkalarda satılan ət məhsulları nəzarət-toksikologiya laboratoriyası və Baytarlıq Nəzarət Xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələrdən keçirilib və təmiz ətlərdir. Keyfiyyətinə söz ola bilməz . Yarmarkalarda mütəmadi olaraq reydlər keçirilir və Novruz bayramında da keçiriləcək”.

İqtisadiyyat Nazirliyindən isəLent.az-a bildirilib ki, bazarda süni qiymət artımı hallarının olmamağı üçün daima nəzarət tədbirləri həyata keçirilir.

Onu da bildirək ki, Bakıda və Sumqayıtda satış yarmarkaları hər həftənin şənbə və bazar günləri aşağıdakı ünvanlarda təşkil edilir:

Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
- köhnə avtovağzalın yanı

Bakı şəhəri üzrə (5 rayon) :

Xətai rayonu, Əhmədli qəsəbəsi, Bakı kinoteatrının yanı
Nərimanov rayonu, Keşlə bazarının yanı
Binəqədi rayonu, Elit ticarət mərkəzinin arxası
Suraxanı rayonu, Əmircan qəsəbəsində
Səbail rayonu, Badamdar qəsəbəsində
banner

Oxşar Xəbərlər