• cümə, 29 Mart, 09:24
  • Baku Bakı 5°C

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

27.05.20 16:38 982
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb
Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə4 568nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan2 897nəfər müalicə olunaraq sağalıb,54nəfər vəfat edib,1 617nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən49nəfərin vəziyyəti ağır,63nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar280 663test aparılıb.
banner

Oxşar Xəbərlər