• cümə, 19 Aprel, 23:26
  • Baku Bakı 24°C

“Azərbaycanda bir nəfərə "çırtma" vurulanda beynəlxalq təşkilatlar dərhal hay-küy salırlar”

06.06.20 22:45 682
“Azərbaycanda bir nəfərə "çırtma" vurulanda beynəlxalq təşkilatlar dərhal hay-küy salırlar”
"Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev2020-ci il iyunun 3-də Tərtər Olimpiya Kompleksinin açılış mərasimində idmançılar qarşısında çox mühüm çıxış eləmişdi”.
"Report” xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ölkə başçısının məlum görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
T.Kərimli hesab edir ki, bu Azərbaycanın dövlət siyasətinin müəyyən olunmasında əhəmiyyətə malikdir:"Burada istər Dağlıq Qarabağ probleminin həlli, istərsə də Avropa və digər beynəlxalq strukturlarla işlə bağlı çox ciddi məsələlər ortaya qoyulub.İstərdim ki, bu məsələlərə toxunum. Çünki biz Vəhdət Partiyası olaraq Prezidentin daxili və xarici siyasətinin strateji yönlərini tamamilə müdafiə edirik.Burada Prezident birinci olaraq qondarma rejimin 31 mart tarixində keçirdiyi prezident və parlament seçkiləri və həmçinin 14 aprel tarixində keçirdiyi prezident seçkilərinin ikinci mərhələsi ilə bağlı məsələlərə toxunub və bildirmişdi ki, bu seçkilər şou və təlxəklik tamaşası olub.Dünyanın heç bir dövləti xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya da bu seçkilərin nəticələrini tanımayıb. Eləcə də Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq təşkilatlar bu qondarma seçkilərin nəticələrini qəbul etməyib. Amma yeganə səssiz qalan Avropa Şurası olmuşdur. Mən özüm parlametdə iki dəfə Avropa Şurası ilə bağlı çıxış etmişəm və bildirmişəm ki, bu təşkilatla bağlı önləyici tədbirlər görmək lazımdır. Avropa Şurası əslində bir xristian klubudur və onun işi islam dövlətlərinin ləkələməkdir. Misal üçün, biz Avropa Şurasına daxil olan zaman qarşımıza qoyulan məsələlərdən biri cinsi azlıqların müdafiəsi idi. Qarşımıza bu və bu kimi axmaq tələblər qoyulmuşdu. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı bəzi öhdəliklər götürdük. Biz bu öhdəliklərimizi daima yerinə yetirdik, amma Ermənistan heç bir vaxt öz öhdəliklərini yerinə yetirmədi. Eyni zamanda Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə də heç bir reaksiya verilmədi. Əslində monitorinqlər keçirmək, buna reaksiya vermək bu təşkilatın birinci dərəcəli vəzifəsidir. Ona görə də cənab Prezident bu məsələlərə toxunub və bildirirdi ki, doğrudanda Avropa Şurası ölkəmiz haqqında saxta, uydurma məruzələr hazırlamaqla məşğuldur. Həmçinin "beşinci kalonun" Azərbaycan dövlətinə qarşı yönəltməkdən başqa bir iş görmür”.
Deputat əlavə edib ki, AŞPA digər Qərb ölkələrində insan haqlarının pozulması hallarına göz yumur:"Bu görüşdə cənab Prezident çox gözəl bir məsələni vurğuladı. Deyir ki, Avropa qitəsində insan hüquqları ilə bağlı yüz illərlə çox gözəl ənənələr formalaşıb. Amma göz görə-görə Avropa Şurası buna əməl eləmir. Xocalı soyqırımı və yüz minlərlə Azərbaycanlı məcburi köçkünü ilə bağlı məsələlərdə səsi çıxmır yaxud görməzlikdən gəlir.Prezident görüşdə çıxışında da xüsusi qeyd etmişdiki, indi Avropa dövlətlərində, Qərbdə polisin özü nümayişçilərə qarşı hədsiz zor tətbiq edir, hətta onları döyür, gözlərin çıxarılması halları mövcuddur, kütləvi surətdə həbslər keçirilir, amma yenə də onlar susurlar. Bəs Avropa Şurası necə insan hüquqlarını qoruyan təşkilatdır ki, bu hadisələrlə maraqlanmır. Ona görə də mən düşünürəm ki, Prezidentimiz tamamilə haqlıdır və hesab edir ki, bu seçkiləri təşkil edəndə Dağlıq Qarabağın qondarma rəhbərliyi deyil, Ermənistan, onun rəhbərliyidir.Azərbaycan koronavirus pandemiyasının geniş yayıldığı dövrlərdə özünün necə insanpərvər olduğunu bir daha göstərdi. Pandemiya dövründə Dağlıq Qarabağda qondarma seçki keçirilir və BBC onu pandemiya dövründə bir qəhrəmanlıq kimi qələmə verir. Bu bir daha onların xristian təəssübkeşliyini göstərir. Sanki Ermənistan Azərbaycana deyil, Azərbaycan Ermənistana təcavüz edib. Avropa ölkələri, dünyanəinki30il, heç30dəqiqədə dözməzdi. Azərbaycana olan bu düşmən münasibət bir daha ortalığa çıxır. Xatırladım ki, 2001-ci ildə Ermənistan və Azərbaycan bir yerdə Avropa Şurasına daxil olub. Gördüyünüz kimi Ermənistana münasibətdə necə bir mövqe sərgiləyir.Cənab Prezident bunu da qeyd edir ki, AŞPA-nın324əsas üzü var, amma çox vaxt səs vermədəonlardan heç 3-də 1-ndən çoxu iştirak etmir.Misal üçün, Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatına cəmi69nəfər səs verib. Yaxud komplementar prosedurla bağlı qətnaməyə cəmi163nəfər səs verib. Cənab Prezident belə hesab edir ki, AŞPA 20 ildən artıqdır ki, bizə qarşı qərəzli, ögey mövqeyini davam etdirir və ləkələmə siyasəti aparır”.
Partiya lideri son günlər gündəmdə olan ABŞ-dakı hadisələrə də toxunaraq qeyd edib ki, bu hadisələr bir daha beynəlxalq təşkilatların iç üzünü açıb:"Məlum görüşdə ölkə başçısı Amerikada baş verən kütləvi etirazlara da toxundu. ABŞ-ın Minneapolis şəhərində nəfəs ala bilmirəm deyərək qaradərili Corc Floydun ölümü ilə bağlı kütləvi ixtişaşlar başlayıb.Bunu cənab Prezident "Qara cəngavərin yüksəlişi” filmindəki səhnələrlə müqayisə edib. Doğrudan da Amerikada hələ də qaradərililərə qarşı sistematik nifrət var. Təsəvvür edin ki, mayın26-dan bəri keçən müddətdə nümayişlərdə iştirak edən11mindən artıq insan həbs olunub,16nəfərdən artıq adam ölüb, amma elə bil ki, bu hadisələr heç vaxt olmayıb. AŞPA və digər beynəlxalq təşkilatlar böyük dövlətlər qarşısında acizlik nümayiş etdirirlər, bu hadisələrə görə onlara bir kəlmə belə söz demirlər. Amma Azərbaycanda bir nəfərə çırtma vurulanda dərhal hay-küy salırlar. Cənab Prezident Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana nifrətini kökündə göstərir. Göstərir ki, 2013-cü ildə Azərbaycan üzrə həmməruzəçiKristof ŞtrasserinAzərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının ləğv edilməsindən sonra Azərbaycan sevməyənlər quduzluq hissi keçirdilər.Onlar Azərbaycana qarşı öz siyasətlərini həyata keçirə bilməmələri ilə heç cür barışa bilmirlər. Ona görə də daim Azərbaycana qarşı mövqe sərgiləyirlər. Cənab Prezidentə bildirir ki, əgər Azərbaycan onları rüşvətlə ələ almışdısa bu rüşvətxor yığınağı nə ixtiyarı var ki, özünü insan hüquqlarının, bəşəri-demokratik dəyərlərin daşıyıcıları kimi aparsınlar.2005-ci ildə AŞPA Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə ilə bağlı qətnamə də qəbul olunub və bu da çox yüksək əhəmiyyətə malikdir. Amma heç vaxt öz qərarlarını icra etmirlər.Cənab Prezident qeyd etməyə bilməzdi ki, bu cinayətdə rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevi hansı işgəncələrlə saxlayır və yenə də Avropa Şurası susur.Qaregin Njde kimi faşistə Ermənistanda abidə qoyurlar, amma Ermənistanın hansısa deputatı Azərbaycanı faşistlikdə günahlandırır.Təsəvvür edin özləri narkotikin kütləvi istehsalı, faşizmlə məşğuldular, Qaregin Njde kimi insana abidə qoyublar, faşistlərlə əməkdaşlıq edən Ermənistan utanmadan Azərbaycanı faşist adlandırır. Lakin Qərb strukturları buna qarşı da susur. Ona görə cənab Prezident bildirir ki, AŞPA-nın qəbul etdiyi qərar mənim üçün kağız parçasından başqa bir şey deyil”.
T.Kərimli hesab edir ki, Azərbaycanın pandemiya dövründə atdığı addımlar onun dövlət siyasətinin nədən ibarət olduğunu bir daha göstərir:"Pandemiya dövründə Azərbaycanın atdığı addımları bütün dünya görür, ölkəmiz nəinki daxildə həmçinin beynəlxalq miqyasda bu istiqamətdə çox ciddi işlər aparır. Cənab Prezidentin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə konfransı keçirilib,aprelin 10-daTürk Şurasının Zirvə toplantısı keçirilib. Burada dünyanın40-dan çox hökümət başçısı, Xarici İşlər naziri çıxış edib.Azərbaycan müstəqillikəldə etdikdənsonra Avropanın enerji tələbatını ödəmək üçün də çox ciddi addımlar atıb. Sonda onu da qeyd etmək istəyirəm ki, Azərbaycan artıq dünyada kiçik dövlət deyil, orta miqyaslı ölkə kimi tanınır, buna "Middle power” deyirlər. Azərbaycanın dünya miqyasındanüfuzu artır. Azərbaycan dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edib, misal üçün NATO ilə Rusiya arasında olan görüşlərin əsas platforması olub. Biz Azərbaycanın dövlət siyasətini, Prezidentin siyasəti birmənalı dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan öz vüqarlı hərəkatını davam etdirməlidir və Qarabağ üzərində suverenliyimizi də bərpa etməliyik. Bu sahədə cənab Prezidentin səylərini müdafiə edirik”.
banner

Oxşar Xəbərlər