AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda avtomobillərin icbari sığortası azalıb, könüllü sığortası artıb

Azərbaycanda avtomobillərin icbari sığortası azalıb, könüllü sığortası artıb

İqtisadiyyat
27 Yanvar 2021, 15:00 212
2020-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 293,5 min manat sığorta haqqı yığılıb.
 
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 56 578,7 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən il sığorta yığımları 7,1%, ödənişlər isə 15,9% azalıb.
 
Hesabat əsasən, ötən il ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 36 875,9 min manat sığorta haqqı yığılıb, 13 039,4 min manat ödəniş edilib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,6% çox və 0,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 728 634 min manat həcmində sığorta haqqı yığılıb və 465 153 min manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 7% və 54,3% çoxdur.