• cümə, 26 Aprel, 10:24
  • Baku Bakı 12°C

Azərbaycanda avtomobil yollarının mailliklərinə dair tələblər dəyişib

02.08.17 13:05 1348
Azərbaycanda avtomobil yollarının mailliklərinə dair tələblər dəyişib
Azərbaycanda avtomobil yollarının hərəkət hissəsinin eninə mailliklərinə dair tələblər dəyişib.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Maillik promille (‰)ilə ölçülür. Promille ədədin mində birinə və ya faizin onda birinə bərabərdir. Hərəkət hissəsinin eninə maillikləri (virajların inşası nəzərdə tutulmuş yol sahələrindən başqa) hərəkət zolaqlarının sayından və iqlim şəraitindən asılı olaraq müəyyən edilir. İndiyə qədər IV və V yol iqlim zonalarında respublika əhəmiyyətli magistral avtomobil yolları (o cümlədən beynəlxalq əlaqələr üçün) və respublika əhəmiyyətli avtomobil yolları üçün hərəkət hissəsinin eninə profili ikimailli olduqda müvafiq olaraq 20‰ və 15‰, birmailli profil olduqda ayırıcı zolağın yanında birinci və ikinci zolaqlarda 15‰, üçüncü və sonrakı zolaqlarda 20‰ eninə maillik tələb edilib. Dəyişikliyə əsasən IV və V yol iqlim zonalarında respublika əhəmiyyətli magistral avtomobil yolları (o cümlədən beynəlxalq əlaqələr üçün) və respublika əhəmiyyətli avtomobil yolları üçün bu halların hamısında 25‰ eninə maillik tələbi qoyulub. IV və V yol iqlim zonalarında II - IV dərəcəli yollar üçün də eninə maillik tələbi 15‰-dən 25‰-ə qaldırılıb.
banner

Oxşar Xəbərlər