AZE | RUS | ENG |

“Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir”

“Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir”
Samir Vəliyev: “Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 760 milyon ABŞ dolları həcmində investisiya qoyulub”


Bu gün Bakı Biznes Mərkəzində (BBM) Ticarət və İnvestisiyalar üzrə Azərbaycan- Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclası keçirilib. İqtisadiyyat və sənaye nazirliyinin (İSN) mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, iclasda Azərbaycan və Almaniya tərəfindən İşçi Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İSN-in Aparat rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev Azərbaycan-Almaniya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, 1997-сi ildən etibarən mütəmadi olaraq aparılan Azərbaycan və Almaniya arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildən fəaliyyət göstərən ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupu, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılması, “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir: “Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 760 mln. ABŞ dolları həcmində investisiya qoyulub. 2013-cü və bu ilin ötən dövründə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir”.

Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verən S.Vəliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Onun fikrincə, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 174 mlrd. ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyaların payına düşür: “Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Artıq Azərbaycan investisiya ixracatçısına çevrilib. Son 10 ildə ÜDM 3,2 dəfə, investisiya qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb”.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclasında iştirak etmək məqsədilə geniştərkibli nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu qeyd edib, iclas çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb. E.Franz Almaniya iqtisadiyyatına dair də məlumat verib.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 3-cü iclasından ötən dövrdə görülmüş işlər, investisiya, kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, enerji səmərəliliyi və bərpa olunnan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub, müvafiq razılıqlar əldə edilib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi artsa da, bu sahədə əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu da tərəflərin maraq göstərdiyi sahələrdəndir.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000