• cümə, 29 Mart, 11:08
  • Baku Bakı 5°C

Azərbaycana yanaşmada ermənilərlə bir cərgədə...

18.07.19 16:59 22819
Azərbaycana yanaşmada ermənilərlə bir cərgədə...
Hakimiyyəti addımbaşı korrupsiyada ittiham edən Kərimli öz əmisioğlunun göyə səpdiyi avroların mənbəyini açıqlaya bilərmi?
AXCP sədri Əli Kərimli "BBC News Azərbaycanca”ya son müsahibəsində əsl mahiyyətini yenidən tam ortaya qoyub. İki əsas xətt var müsahibədə: niyə Avropa Azərbaycana qarşı daha sərt mövqe göstərmir; ölkədə sosial vəziyyət ağırlaşıb, korrupsiya baş alıb gedir və s.
Əvvəlcə birincinin üzərində dayanaq. Kərimlinin Avropanın müvafiq qurumlarından daha sərt mövqe tələb etməsi tanış mövqedir. Bu o mövqedir ki, ermənlər və onların diasporasının maliyyələşdirdiyi dairələrlə eynilik təşkil edir.
Kərimli unudur ki, Azərbaycan beynəlxalq qurumların demokratik proseslərə tənqidi aspektdən yanaşmasına əsas verən amillərin aradan qalxması cəhətindən xeyli irəliləyib. Bu irəliləməni, islahatları qəbul etməyən, gözdən salan dairələr bilavasitə erməni diasporasının əlində alətə çevrilən qüvvələrdir. Kərimlinin belə qüvvələrlə bir cərgədə yer almasına əsas verən mövqe sərgiləməsi sadəcə təəssüf doğurur...
Bütün sahələrdə irəliləyiş əldə edən, yeni islahatlara imza atan, cəmiyyətin dəstəyinə malik olan bir hakimiyyətə Avropanın hansısa qurumu niyə daha sərt mövqe göstərməlidir ki?
Kərimlinin ölkədə sosial vəziyyətin ağırlaşması kimi iddiaları da kökündən yanlışdır. O bilməmiş deyil ki, iqtisadi resurslar xalqın mənafeyinə yönələrək, onun sosial şəraitində, mənəvi-psixoloji mühütində xeyli dəyişikliklər yaradıb. Son bir ildə çox ciddi sosialyönümlü qərarlara imza atılıb. Bütün sferalarda islahat və daha çox şəffaflaşma ön plana çəkilib, ciddi nəticələr qazanılıb. Bunu görməzlikdən gəlməyin səbəbi isə sadədir. Mübarizə taktikası kasadlaşan Kərimli süni gərginlik imitasiyası ilə məşğuldur və bu imitasiyadan faydalana bildiyi qədər faydalanmağa çəhd edir.
Kərimlinin müsahibəsində addımbaşı korrupsiyadan bəhs etməsinə, bu istqiqamətdə görülən işləri arxa plana keçirib ayrı-ayrı şəxslərlə bağlı şayiə xarakterli bir neçə detalı qabartmasına gəldikdə isə bunun üçün çox uğursuz bir zaman seçib desək, yanılmarıq.
Belə ki, bu günlərdə Kərimlinin əmisi oğlu İnqilab Kərimovun də olduğu və sosial şəbəkələrdə yayılan video görüntülər bir daha onu deməyə əsas verir ki, xaricdə Azərbaycan əleyhinə istifadə olunanlar məhz bu xidmətlərinin müqabilində çirkli pullar əldə edirlər.
Xaricdəki fəal söyüşçülərlə Kərimlinin koordinasiyalı bir fəaliyyət apardığı sirr deyil. Belə ki, Kərimli və onunla birlikdə siyasi düşmənçilik yoluna girmiş adamlar bu şəbəkələr üzərindən fəaliyyət qurmaqla, öz maliyyə mənbələrinə hesabat verirlər.Azərbaycana qarşı hər cür çirkli kampaniyada yer alan bu şəxslərin bir amalı var-ölkəmiz əleyhinə daha çox işləmək və daha çox pul əldə etmək…
Almaniyada mühacir olan və sosial şəbəkələrdə "Əli Oğuz” kimi tanınan Əli Həsənəliyev yaydığı videoda Məhəmməd Mirzəli, İnqilab Kərimov və başqalarının göyə avro səpməklərini belə rəy verib: "Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Utanmadan alkaşlıq edib, mahnı qoyub keyf məclisi qurur. Bu necə əqiqədaş və müxalifətçidi ki, onlarla həbsdə yatan insanlara və ya ac kasıb xalqa bu cür keyf videoları ilə elə bil acıq verir. Hə İnqilab Kərimovavroların çoxdu bildik. Sənin kimilərdən xalqa nə fayda? Sən xalqın dərdinə beləmi şərik olursan?”

Təbii ki, bu görüntülərdən və qeyd olunan fikirlərdən sonra bu şəxslər arasında münasibətlər gərginləşib və bir-birlərini ifşa etməyə başlayıblar.
Özünüifşa zamanı diqqəti cəlb edən məqamlardan biri Avropa ölkələrindəki azərbaycanlı mühacirlərlərin qabartdıqları məsələdir. Bildirilir ki, sərxoş İnqilab Kərimovun və yanındakıların göyə səpdikləri avroların bir hissəsi Bakıdakı etiraz aksiyalarına qatılaraq fotolarını çəkdirən və çəkən, sonra da "siyasi məhbus" adı ilə ölkəni tərk edərək Avropada siyasi sığınacaq almaq arzusuna düşənlərə satılan saxta sənədlərdən əldə edilən vəsaitlərdir. Bu pullar, həmçinin Azərbaycanda olduğu iddia edilən şəxslərə yardım adı altında yığılan pullardır.
Bunu indiyə qədər ayrı-ayrı zamanlarda mətbuatda bu istiqamətdə səslənən fikirlərin etirafı kimi də qəbul etmək olar.
Addımbaşı Azərbaycanı gözdən salmaq üçün "fəlakət”, qüsur axtaran Kərimli və ətrafı öz eyiblərinə kor olmaq hissindən məhrum şəxslərdir.
Sual olunur, heç bir peşə sahibi olmayan bu şəxslərdə göyə səpələnən avrolar hardandır? Hakimiyyəti addımbaşı korrupsiyada ittiham edən Kərimli öz əmisioğlunun göyə səpdiyi avroların mənbəyini açıqlaya bilərmi?
Və ya Kərimli qurulan mühacir biznesindən əldə edilən vəsaitlərlə bağlı hesabat verə bilərmi? AXCP-nin aksiyalarında selfi çəkdirən, radikal statuslar yazıb, süni şəkildə polislə qarşıdurmaya gedən sonradan Avropa ölkələrinə yollanaraq "siyasi mühacir" statusu alanlardan yığılan vəsaitlər hara gedir?
Bir zamanlar AXCP-nin ən fəal üzvlərindən biri olan, indisə Fransaya sığınan Türkel Azərtürkün yayılan səs yazısı da çox mətləblərdən xəbər verir. Qeyd edək ki, bu şəxs Kərimlinin ən sadiq mirzəsi və Fransaya sığınan Qənimət Zahidin "Turan TV"sindəki "Xəbər var" proqramının aparıcısıdır. Onun bazarlıq etdiyi soydaşlarımızdan biri ilə WhatsApp vasitəsilə danışığının stenoqramına olduğu kimi diqqət edək:
Türkel Azərtürk: Gələn ayı mini verə biləriksə, 1700 sonra da 500-200... İndidən deməyimizdaha yaxşı olardı. 15 gündən sonra, bir aydan sonra o sənədi alardıq. Biri var gələn ay verək, o biri ay alaq sənədi. O baxımdan deyirəm mən ki, sənədi bir ay tez alacağıq. Yoxsa yenə deyirəm: yazmışam, bir də deyirəm - sən öz haqq-hesabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdi, bu qədər ata bilirəm. Başa düşürsən?! O baxımdan deyirəm ki, sən fikrini de, mən bilim.
Mühacir: Mən ona nəyi izah elədim ki... Dedim, qaqa, burda vəkil bahadır. Gələcəksən bura 350-400 dollar düzəldirsən gəlirsən bura. Aparırsan vəkilə 3000-2500-2000 verirsən, nə qədərsə verirsən. Təzədən səhərsi gün sənəd düzəldir. "Dublin məsələsi"nə baxır. Hələ söz də vermir ki, yüzdə yüz sənin üçün bu "Dublin məsələsi"ni qüvvədən salacam.Söz vermir.
İşə baxıram da çalışacam qanunla həll edim. Amma olmayacaqsa da, olmayacaq. Mən yenə pulumu alacam. Fakt da bu pulu burada xərcləyəcəksənsə, eləgetqardaşım 1200-1300-dü, nə qədərdi - get düz-əməlli başlıbirbaşa alman vizası al. Həm 6-7 ay Dublin prosedurun getməsin, vaxtın uzanmasın, həm də rahat otur intervyünü gözlə. Həm də ki vəkiləpulu, onsuz da, verəcəksənsə,o pulu, olmasa heç vermə də. İzah elədim. İndi görümməndən soruşdu ki, neçəyə düzəlir?Mən dedim ki, qaqa, bunun ən aşağısı bu işi üç nəfərə, yəniuşağa, ailəsi, özü gələcəklər 3500 dollara.Dedim, indi ucuz tapa bilirsənsə, yaxşı tap, tapa bilmirsənsə belə et. Mənə elə ciddi fərq eləmir.
Türkel Azərtürk: "Prosto" ki, mən sənə görə deyirəm ki, niyə gəlib burda əziyyət çəkəsən..? Onu mən özüm də ucuz edib gələrdim. Sadəcə, fikirləşdim ki, niyə əziyyət çəkim?! Getdim birbaşa viza aldım gəldim. İndi onu izah elədim, yenə də məsləhət onun özünündür. Durub onu nə məcbur edə bilmirsən, deyərəm, fikirləşər ki, türk yəqin 3500 deyirsə, deməli, oradan 2500 qazanır... Elə ona görə deyirəm ki, məsləhət özünündür, baxsın. Hər halda gələndə də özü görəcək ki, vəziyyət necədir. Yenə də cəbhəçidir, özümüzünküdür, yaxın uşaqdır, qardaşıdır ona görə... yenə məsləhət özünə qalır...
Bu biri işə gəlincə, sənin işinə, indi mən onu söz verə bilmirəm ki, 3 aya olar-olmaz, necə olar... Vəziyyət bəlkə 2-3 aya dəyişər, bəlkə 2 aya. O qardaşı işdən çıxararlar, o prokurorluqdakı qardaşı; bəlkə ordan sənəd gəlməsi mümkünsüz olar. Məsələn, indi mənə deyirlər ki, sən dediyin kimi, o sərhəddi bağlayıblar.Ciddi yoxlama filan, ora-bura. Hətta diplomatik korpusun öz nümayəndələrin belə ciddi yoxlayıb hər şeyi buraxmır. Bilmirəm nə hoqqadı,niyə belə eliyirlər, müharibə eliyirlər guya ki ... Bilmirəm, amma vəziyyət budu. İndi bilmirəm. Yəni, qaqam, o vaxta o sənəd məsələləri necə olar, gəlib çıxar, çıxmaz... O qardaş özü yaşayar, görər. Bəlkə də problemi olar, heç gətirə bilməz. Yəni onları mən indidən durum sənə söz verim, arxayın eləyim onu - mən yalan danışmış olaram. Qaqaş, mən ona görə risk edə bilmərəm. Sənə deyim sonraheç cür eliyə bilmiyim.Mən də belə qalam, sən də belə qalasan. Sonra deyəsən ki, ay Türkel, o vaxtıtapıb eliyərdin də, bir təhər, bu vaxtı deyirsən ki, alınmır. Axı mən sənə arxayın oldum.Ya başqa yerdən, başqa adamla düzəldərdim. Ona görə mən qalıram belə. Sənə heç bir söz verə bilməyəcəm.Bu gün mümkündür, hə - bu gün üçün deyə bilirəm.Amma sabahkı gün üçün deyə bilmirəm".
Bütün bu sadalananlardan sonra təkcə onu vurğulamaq qalır ki, bu şəxslər etdiklərindən xəcalət çəkməli, nəinki ortaya düşüb özlərini qəhrəman, xilaskar obrazında təqdim etməlidirlər. Kərimli və ətrafının əsl obrazını, siyasi kimliyini Azərbaycan cəmiyyəti illər öncədən çox yaxşı tanıyır və tanımaqda davam edir. Hakimiyyətə atılan şər, böhtanla bu kimliyi dəyişmək mümkün deyil…
Elman Babayev
banner

Oxşar Xəbərlər