Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Cəmiyyət
21 Aprel 2019, 16:31 246
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".
Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.
Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.