AZE | RUS | ENG |

Azərbaycan Xəzər dənizi vasitəsilə tranzit potensialını inkişaf etdirir

Azərbaycan Xəzər dənizi vasitəsilə tranzit potensialını inkişaf etdirir
Azərbaycan və Gürcüstan Xəzər və Qara dəniz vasitəsilə tranzit potensiallarını fəal inkişaf etdirir, kommunikasiya axınını yaxşılaşdırır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir Sergey Çebotaryov deyib.
Nazir bildirib ki, Rusiyanın bu regiondakı proseslərin tam hüquqlu üzvü olması üçün çalışmaq lazımdır.
Onun sözlərinə görə, belə bir fikir var ki, Rusiyanın Xəzər və Qara dənizdəki limanları yalnız 20-25 faiz işləyir, ona görə də onları inkişaf etdirməyin mənası yoxdur:
"Amma bu, belə deyil. Azərbaycan və Gürcüstanın limanları işləyir, kifayət qədər yüklənib. Gürcüstanda bir sahədə iki liman – Poti və Batumi limanları işləyir, üçüncü, Anakliya limanı tikilir. Ona görə də biz bu prosesdən kənarda qalmamalıyıq. Rusiyanın Xəzər və Qara dənizdə limanlarının inkişafı dünya bazarlarına çıxış üçün yeni imkanlar yaradacaq”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779