AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan velosiped idxalını artırıb

Azərbaycan velosiped idxalını artırıb

İqtisadiyyat
23 May 2020, 15:37 256
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,2 mln. ABŞ dolları dəyərində 54 390 ədəd ikitəkərli və digər növ mühərriksiz velosipedlər idxal edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,4%, miqdar baxımından isə 30,8% çoxdur.
Ölkəyə ən çox velosiped Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 2,1 mln. dollar dəyərində 53 639 ədəd velosiped idxal edib.
Çindən sonra idxal üzrə siyahıda Rusiya gəlir. Qonşu ölkə bu ilin üç ayı ərzində Azərbaycana 61,4 min dollar dəyərində 723 velosiped ixrac edib.
İdxalda ən aşağı pay sahibi isə Tayvan olub. Bu ölkədən Azərbaycana 0,18 min dollar dəyərində cəmi 1 ədəd velosiped idxal olunub.