• cümə, 26 Aprel, 15:23
  • Baku Bakı 23°C

Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

23.04.18 15:20 789
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək
"Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparırıq".

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziriŞahin Mustafayevbildirib.

Nazirin sözlərinə görə, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.

"Bu, bizim üçün çox vacibdir. Azərbaycan sahibkarları, xüsusi ilə tütün məmulatlarının, spirtli içkilərin ixracı zamanı rəsmiləşdirmə üçün Gürcüstanın Yuxarı Lars məntəqəsinə gedir, oradan Bakıya qayıdırdılar və buradan da Dərbəndə gedir, beləliklə mallarını ixrac edirdilər. Bu proseslərə artıq ehtiyac olmayacaq", - deyə nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər