• çərşənbə axşamı, 19 mart, 10:24
  • Baku Bakı 8°C

Azərbaycan və Rusiya arasında yenidən sərbəst avtomobil tranziti mümkün olacaq

25.06.18 14:07 548
Azərbaycan və Rusiya arasında yenidən sərbəst avtomobil tranziti mümkün olacaq
"Azərbaycan və Rusiya beynəlxalq avtomobil daşımalarında sərbəst tranzit haqqında razılaşmaya geri dönmək niyyətindədirlər".
"APA-Economics”in "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti komitəsinin rəhbəri Yevgeni Moskvişev bildirib.
Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədirlər. İyunun 24-də nümayəndə heyəti Azərbaycan prezidentiİlham Əliyevlə görüşüblər.
Y. Moskviçev jurnalistlərə açıqlamasında bildirib ki, görüşlər zamanı Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmaya qayıtmağa və bununla da əsas problemlərdən birinin həll edilməsinə dair razılıq əldə olunub: ”Çünki hesab edirik ki, Rusiya və Azərbaycana tranzit sərbəst, icazəsiz sistemlə olmalıdır”.
Onun sözlərinə görə, bununla da İrandan Azərbaycana və Rusiyaya daşınan yüklərin həcminin dəfələrlə artacaq. O əlavə edib ki, bu, V. Volodinin prezidentİlham Əliyevilə görüşü zamanı müzakirə mövzusu olub.
banner

Oxşar Xəbərlər