• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

18.01.20 13:00 642
Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yanvarın 17-də bu ölkənin parlament sədrinin müavini, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Kaxaber Kuçava ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, görüşdə parlamentlərarası dostluq qrupları arasında münasibətlər, qanunvericilik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Səfir Dursun Həsənov iki ölkənin parlamentləri arasındakı dostluq münasibətlərinin inkişafından məmnunluqla danışıb, fevralın 9-da Milli Məclisə keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq yeni dostluq qrupunun da bu ənənəni davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.
Öz növbəsində K.Kuçava bildirib ki, Azərbaycan parlamentinə keçiriləcək seçkilərdən sonra qanunverici orqanda Gürcüstanla dostluq qrupu formalaşdırılacaq. Dostluq qruplarının qarşılıqlı səfərləri və digər tədbirlər planlaşdırılacaq.
"Biz, həmçinin il ərzində Gürcüstanda etnik azərbaycanlıların yaşadıqları bölgələrdə həyata keçirə biləcəyimiz müxtəlif tədbirlər barədə fikir mübadiləsi apardıq. Həmin bölgələri təmsil edən deputatlar bu prosesə fəal cəlb olunacaqlar. Düşünürük ki, bu, ümumi işin xeyrinə olacaq”, - deyə Kuçava vurğulayıb.
Qeyd edək ki, K.Kuçava ötən ilin dekabrında Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna rəhbər təyin edilib. Dostluq qrupunda 62 deputat təmsil olunur.

banner

Oxşar Xəbərlər