• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

“Azərbaycan tarixində Heydər Əliyev epoxası: tarix və müasirlik”

11.07.19 15:30 1150
“Azərbaycan tarixində Heydər Əliyev epoxası: tarix və müasirlik”
İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş "Azərbaycan tarixində Heydər Əliyev epoxası: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsini mühüm tarixi hadisə kimi dəyərləndirib: ”O vaxtdan yarım əsr keçir. Ancaq zaman keçdikcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin dahiliyi daha qabarıq şəkildə özünü göstərir”, - deyə AMEA-nın prezidenti bildirib. Akif Əlizadə bu tarixi hadisə ilə bağlı respublikamızın müxtəlif qurumlarında, ölkə hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini, eləcə də AMEA-da Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlərin işıq üzü gördüyünü söyləyib. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanın müstəqillik dərsləri: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Alim xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevi dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri, müstəqil Azərbaycanın banisi kimi xarakterizə edib. Akademik bildirib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsi böyük tarixi dönüşün möhtəşəm başlanğıcı kimi tarixə yazıldı. Ulu Öndərin 1969-cu il avqust plenumundakı çıxışı Sovet Azərbaycanın proqramına çevrildi. İsa Həbibbəyli qeyd edib ki, Heydər Əliyev epoxasından İlham Əliyev erası doğmuşdur. Son 16 il ərzində Azərbaycan dünya tərəfindən qəbul edilib. Bu, Heydər Əliyev epoxasının və İlham Əliyev erasının böyük təntənəsidir. Akademik, həmçinin Ulu Öndərin elm, təhsil və mədəniyyət xadimlərinə yüksək diqqət və qayğısından da bəhs edib.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova "1969-cu ilin 6 avqust plenumu: Böyük dönüşün möhtəşəm başlanğıcı”, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Heydər Əliyev – dünya şöhrətli görkəmli dövlət xadimi”, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev "Azərbaycan elmi Heydər Əliyev epoxasında” mövzularında məruzələrlə çıxış edərək, Ulu Öndərin müvafiq sahələrdə həyata keçirdiyi uğurlu siyasətdən və əldə olunan nailiyyətlərdən danışıblar.
banner

Oxşar Xəbərlər