“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”
"Yeni
Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan şəhidlik
məktəbində Kərbala hadisəsinin rolu” adlı növbəti tədbirini keçirib. Tədbirdə Azərbaycan və Kərbala şəhirdlərinin ruhuna Qurani-Kərimdən
ayələr oxunub.
Tədbirdə çıxış
edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İcitmai Birliyin sədri Sevinc Əzimbəyli
bildirib ki, Kərbəla bir məktəbdir və bu şəhidlik məktəbinin nədən ibarət
olması cəmiyyətdə doğru şəkildə təbliğ olunmalıdır: "Kərbala hadisəsini doğuran
səbəblər düzgün və doğru bir şəkildə dərk
olunmalıdır. Unutmamalıyıq ki, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə
ucalan vətən oğulları məhz Kərbala məktəbindən aldıqları qəhramanalıq dərsi ilə
müqəddəs şəhadətə çatdılar. Hadisəyə kompleks şəkildə yanaşmaq lazımdır. Bu
olmadıqda insanların düşüncələrində yanlış təsəvvürlər formalaşır. İmam Hüseyn
hər hansı məzhəbin və təriqətin istismarında qala bilməz. Çünki o İslamın ali şəhididir.
Bu hadisəsinin yaşadılması əsrlərdir ki, ölkəmizdə mənəvi mühitdəki vəhdətin
qorunub saxlanmasına səbəb olur”.
S.Əzimbəyli Məhərrəm
ayında şəhid və qazi ailələri ilə bağlı keçirilən tədbirlərə verdiyi xeyirsevər
dəstəyə görə "Cənnət” şirkətinə təşəkkür edib.