• şənbə, 27 Aprel, 03:01
  • Baku Bakı 14°C

Azərbaycan sahibkarları "Uzbekistan Agrominitech Expo-2016" sərgisinə dəvət olunurlar

09.05.16 10:44 1009
Azərbaycan sahibkarları "Uzbekistan Agrominitech Expo-2016" sərgisinə dəvət olunurlar
Mayın 31-də Özbəkistanın paytaxtı Daşkənddə kənd təsərrüfatı üçün mini texnologiyalar və yığcam avadanlıq üzrə "Uzbekistan Agrominitech Expo-2016" adlı 10-cu beynəlxalq ixtisaslaşmış sərgisi açılacaq. Sərgi Özbəkistanın Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyi, Ticarət və Sənaye Palatası və Fermer Təsərrüfatları Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)AZƏRTAC-a bildiriblər ki, sərgi çərçivəsində meyvə-tərəvəz, ət, balıq və süd emalı, baytarlıq, çörək və makaron məmulatları istehsalı, etiketlər, poliqrafiya, qablaşdırma, istixanalar, arıçılıq, bitkilərin mühafizəsi üçün kimyəvi preparatlar və s. sahələrlə bağlı seminarlar təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgi iyunun 3-dək davam edəcək.
banner

Oxşar Xəbərlər