AZE | RUS | ENG |

Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək

Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək
Bakı Tekstil fabrikinin məhsulu "Alpar” və "Banu” ticarət markaları ilə ixrac olunacaq. Bunu Trend-ə fabrikin direktoru Səkinə Babayeva deyib. Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir: "Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb”. Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb: "Biz müxtəlf məhsul nümunələrini BƏƏ-yə göndərmişik və indi nəticələri gözləyirik”. O əlavə edib ki, fabrik digər istiqamətlərə də tədarükü nəzərdən keçirir. S.Babayevanın sözlərinə görə, Bakı Tekstil fabrikində 300 nəfər işləyir və 7 istehsal xətti fəaliyyət göstərir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775