• cümə, 26 Aprel, 04:55
  • Baku Bakı 16°C

Azərbaycan Rəşt-Astara layihəsinin tikintisinə dair sənədləri İrana təqdim edib

22.12.16 17:48 1004
Azərbaycan Rəşt-Astara layihəsinin tikintisinə dair sənədləri İrana təqdim edib
Gələn ay Azərbaycanın İqtisadiyyat Nazirliyi və İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmiləri arasında görüş baş tutacaq. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyyə Kaşane deyib.
Nazir müavinin sözlərinə görə, görüşdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, layihənin maliyyələşdirilməsi məsələsi də müzakirə predmeti olacaq. "Görüşdə layihənin maliyyələşdirilməsinə dair müqavilənin imzalanması da nəzərdə tutulub. Rəşt-Astara dəmir yolu xəttinin tikintisini Azərbaycan təmin edəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu günlərdə bununla bağlı rəsmi sənədləri bizə təqdim edib. Hazırda bizim tərəfimizdən müvafiq dəyərləndirmə işləri aparılır", - deyə nazir müavini qeyd edib.
O əlavə edib ki, hər iki ölkənin mərkəzi bankları müqaviləyə dair öz rəylərini bildirəcəklər.
"Layihə ilə bağlı çərçivə sazişi İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Sənədə əsasən,Azərbaycan Beynəlxalq Bankılayihənin reallaşdırılması üçün 500 milyon dollar məbləğində kredit ayıracaq", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər