
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Cəmiyyət
30 Noyabr 2020, 21:09
224
Azərbaycanda polietilen paketlərdən istifadəni azaltmaq məqsədilə ilkin mərhələdə marketlərdə pulsuz verilən bu paketlərə görə ödəniş almaq lazımdır.
Bunu Trend-ə Qablaşdırma Sənayesi Assosiasiyasının icraçı direktoru Elçin Vəliyev deyib.
"Polietilen paketlərlə bağlı qanunun 2021-ci il yanvarında 1-dən, birdəfəlik plastik məhsullarla bağlı qanunun iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.
Azərbaycanda plastikin təkrar emal olunması məsələsinə gəldikdə E.Vəliyev bildirib ki, Balaxanı Tullantıların Çeşidlənməsi zavodu bu məqsədlə yaradılsa da, plastik məhsulların 90 faizi yandırılır, bu isə enerjinin itirilməsinə gətirib çıxarır və ətrafa ekoloji ziyan vurur.
Digər xəbərlər