• cümə, 26 Aprel, 10:31
  • Baku Bakı 12°C

Azərbaycan neftinin qiyməti: həftənin yekunu

17.06.18 15:10 829
Azərbaycan neftinin qiyməti: həftənin yekunu
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-15-də 76,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftəyə olan göstəricidən 0,27 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-15-də 77,38 dollar/barel təşkil edib.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 11-15-də 73,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftəyə olan qiymətdən 0,09 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 15-də 74,39 dollar/barel təşkil edib. Bu, əvvəlki həftəyə olan qiymətdən 0,15 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər