• cümə, 26 Aprel, 17:25
  • Baku Bakı 23°C

Azərbaycan nefti ucuzlaşır

10.10.18 09:15 577
Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 85,28 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,5 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 84,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,49 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 8-də 81,40 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 8-də 83,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər