• cümə, 26 Aprel, 04:43
  • Baku Bakı 16°C

Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı tədbirlərə başlayıb

01.08.18 12:00 396
Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı tədbirlərə başlayıb
"Üzən məzənnəyə keçid istiqamətində işlər görülür".
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmovbu gün keçirilən mətbuat konfransında deyib.
"Bildirmək istəyirəm ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya böyük tələbi olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.
banner

Oxşar Xəbərlər