• çərşənbə, 24 Aprel, 00:25
  • Baku Bakı 14°C

Azərbaycan mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirir

04.07.19 15:45 837
Azərbaycan mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirir
Azərbaycan ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu işə mühüm töhfələr verir.
Bu fikriAZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Lüksemburqun UNESKO üzrə Milli Komissiyasının baş katibi Katerin Deker söyləyib.
Qonaq qeyd edib ki, UNESKO-nun bu tədbiri ümumbəşəri dəyərə malik tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. 2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın bu işə töhfəsini göstərir.
Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyən qonaq burada olmaqdan məmnunluğunu ifadə edib: "Burada olduğum müddətdə Yanardağ qoruğu, Xalça Muzeyi, Atəşgah məbədində oldum. Ölkənizin qədim tarixə malik olması barədə məlumatlı olsam da, bu irsin milli səviyyədə mühafizə edilməsinə xüsusi diqqəti gördüm”.
banner

Oxşar Xəbərlər