• cümə, 26 Aprel, 13:41
  • Baku Bakı 23°C

Azərbaycan ixracın həcmini artırır

28.07.19 09:00 11685
Azərbaycan ixracın həcmini artırır
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.
Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub.
Hesabat dövründə Azərbaycandan ən çox neft və neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə və tərəvəz ixrac edilib.
Hesabat dövründə idxal 7,015 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,812 milyard dollar, özəl sektorda isə bu rəqəm 3,799 milyard dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox idxal etdiyi müxtəlif maşın və mexanizmlər, nəqliyyat vasitələri və ehtiyat hissələri, qara metallar, plastik və əczaçılıq məhsulları olub.Ümumiyyətlə, bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatları 2018-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 27,6 faiz artaraq 16,994 milyard dollara çatıb. Hesabat dövrünün müsbət saldosu 2,963 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə (4.002 milyard dollar) nisbətən 25,95 faiz azdır.
Hesabat dövründə Azərbaycan 2397 növ mal ixrac edib, 6 862 növ mal idxal olunub. 177 ölkə Azərbaycanın xarici ticarət tərəfdaşı olub. Hesabat dövründə ümumilikdə 21 177 hüquqi və fiziki şəxs xarici iqtisadi fəaliyyətdə iştirak edib (6491 - hüquqi və 14 686 - fiziki şəxs).
Ən yüksək ixrac və idxal həcmi aprel ayında müşahidə edilib. Ölkədən 2.605 milyard dollar dəyərində mal ixrac edilib. İdxal 1,425 milyard dollar təşkil edib. Aprel ayında ixracatın aylıq artımı 1,272 milyard dollar, idxalı 455,9 milyon dollar olub.
banner

Oxşar Xəbərlər